İdman

Sədərək voleybolçuları muxtar respublika turnirinin qalibi olublar – FOTO

Sharing is caring!


“Heydər Əliyev İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kişilər arasında voleybol üzrə muxtar respublika turniri başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən “verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın son oyun günündə keçirilən üçüncülük və final matçlarından sonra mükafatçılar bəlli olub.

Üçüncü yer uğrunda görüşdə “Şərur”u 3:0 hesabı ilə üstələyən “Naxçıvan” bürünc medallara sahib çıxıb.

Günün ikinci yarısı turnirin bədii hissəsi çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının ifaçı və rəqqasları tamaşaçılar önündə konsert proqramı ilə çıxış ediblər. Ümummilli liderə və Vətənə həsr olunmuş mahnılar səsləndirilib.

Sonra həlledici görüş – final matçı reallaşıb. “Sədərək” – “Culfa” qarşılaşmasında sədərəklilər 3:1 hesabı ilə qələbə qazanmaqla turnirin qalibi olublar. “Culfa” gümüş medallara yiyələnib.

İlk üç yerin sahiblərinə diplom, medal, kubok və hədiyyələr, fərqlənən voleybolçulara fəxri fərman verilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və federasiyanın baş katibi Rahil Tahirli təqdim ediblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir