İdman

Peşəkar Futbol Liqasının prezidenti Türkiyədə əməliyyat olunub

Sharing is caring!


Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Türkiyədə əməliyyat olunub.

Bu barədə AZƏRTAC-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O, əməliyyatın uğurlu keçdiyini bildirib: “Elxan müəllim qolundan, ayağından və səhv etmirəmsə, çanaq sümüyündən əməliyyat olunub. Ümumi vəziyyəti normaldır. Bərpa dövrü bir müddət çəkəcək. Azərbaycana qısa zamanda qayıdacağını düşünmürəm. Ən azı 1 ay orada qalacaq”.

S.Abdullayev müalicəsini Bakıda davam etdirən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin isə daha bir neçə gün xəstəxanada qalacağını vurğulayıb: “Durumu yaxşıdır, fizioterapiya müalicəsi alır. Bayram günlərində xəstəxanada olacaq”.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan digər əməkdaşları – icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev bir müddət öncə evə buraxılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir