Dünya

Belçika baş naziri: “Sammitdə iki ölkə istisna olmaqla, bütün Avropa var”

Sharing is caring!

“Rusiya və Belarusun Avropa Siyasi Birliyinin sammitində iştirak etməməsi onların təcrid olunmasından xəbər verir”.

Bu barədə Belçikanın Baş naziri Aleksandr de Kroo jurnalistlərə bildirib.  

“Bu tədbirdə iştirak səviyyəsi onun əhəmiyyətindən xəbər verir. Burada iki ölkə – Rusiya və Belarus istisna olmaqla, bütün Avropa var. Bu, onların nə qədər təcrid olunduğunu göstərir”, – deyə nazir qeyd edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir