İqtisadiyyat

Elektrik mühərrikli avtomobillər üçün parklanma pulsuz ola bilər? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Elektrikli avtomobillərdən istifadə artıq bütün dünyada sürətlə yayılmağa başlayır. Bu avtomobilləri xüsusi edən əsas keyfiyyətlərdən biri isə onun ətraf mühitə mənfi təsirinin olmamasıdır. Elektromobilləri idarə edərkən sıfır emissiya istehsal edir, yəni havanı çirkləndirən zərərli maddələr buraxmırlar. Bunun əksinə olaraq, ənənəvi yanacaqla işləyən avtomobillər həm ətraf mühitə, həm də insan sağlamlığına zərər verə biləcək karbon oksidləri, azot oksidləri və digər çirkləndiricilər buraxır. Elektrik avtomobili idarə edərkən karbon izinizi azaltmağa və Yer kürəsini daha təmiz və sağlam bir yerə çevirməyə kömək edirsiniz.

Məhz buna görə, artıq dünyanın bir çox ölkələrində, o cümlədən Avropa dövlətlərində elektrik mühərrikli avtomobillərə bir çox güzəştlər tətbiq edilir. Onlardan biri də həmin avtomobillər üçün ödənişsiz parkinqlərin ayrılması, park yerlərində onlara güzəştlərin edilməsidir.

Bəs maraqlıdır, ekoloji təhlükəsizliyə təşviqat üçün Azərbaycanda da belə bir addım atıla bilərmi? Elektrik mühərrikli avtomobillər üçün parkinqlər pulsuz olmalıdırmı?

Mövzu ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, hazırda bu mövzu müzakirə edilmir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə elektrik mühərrikli avtomobillərin ölkəmizdə istifadəsini stimullaşdırmaq üçün həvəsləndirici addımlara ehtiyac olduğunu bildirib:

“Vətəndaşları buna təşviq etmək məqsədilə müəyyən güzəştlər nəzərdə tutula bilər. Əgər biz, doğrudan da, ekoloji təmiz nəqliyyat vasitələrinə keçidi təmin etməyi qarşımıza məqsəd qoymuşuqsa, əməli tədbirləri də gecikdirməməliyik. Qısa müddətdə insanların elektrik mühərrikli avtomobillərdən daha çox istifadə etməsini istəyiriksə, stimullaşdırıcı nələrsə olmalıdır. Parklanma yerlərində elektrik avtomobillərinə müəyyən güzəştlərin tətbiqi də bu variantlar arasında ola bilər”.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir