İdman

Ronaldu və Manenin dublları “Ən-Nəsr”ə qələbə qazandırdı – VİDEO

Sharing is caring!


Səudiyyə Ərəbistanı Pro Liqasının XVII turunda “Əl-İttihad” “Ən-Nəsr”i qəbul edib.

Ciddədə baş tutan görüşdə “Ən-Nəsr” 5:2 hesabı ilə qalib gəlib.

Qolları ev sahiblərindən Həmdullah (14, 52), qonaqlardan isə Ronaldu (19, 68) Taliska (38) və Mane (76, 82) vurublar.

Qeyd edək ki, 38 yaşlı Ronaldu qarşılaşmadakı dublu sayəsində ilin bombardiri olub. O, 2023-cü ildə vurduğu qolların sayını 53-ə çatdıraraq, hərəyə 52 dəfə fərqlənən PSJ-nin fransız hücumçusu Kilian Mbappe və “Bavariya”nın ingilis hücumçusu Harri Keyni geridə qoyub. PSJ və “Bavariya” 2023-cü ildə daha oyun keçirməyəcək.

Beləliklə də, “Ən-Nəsr” 18 oyundan 43 xalla turnir cədvəlində ikinci yerdədir. “Əl-İttihad” eyni sayda matçdan sonra 28 xalla altıncı pillədə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir