Cəmiyyət

Odlu silahlar aşkar edilərək götürülüb – FOTO

Sharing is caring!


Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan bir ədəd avtomat, bir ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində iki nəfər şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Zərdab Rayon Polis Şöbəsinə rayonun Şəftəhal kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən bir ədəd “F-1” əl qumbarası, iki ədəd UZRQM partladıcısı və 568 ədəd müxtəlif çaplı patron aşkarlanaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir