İdman

Braziliya millisi və klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər

Sharing is caring!


Beynəlxalq Futbol Federasiyası (FIFA) Braziliya Futbol Konfederasiyasına xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd olunur ki, əgər Konfederasiya quruma keçiriləcək yeni prezident seçkisinə müdaxilə edəcəksə, bu ölkənin milli komandası və klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər.

FIFA iddia edir ki, Braziliya Futbol Konfederasiyası qurumun hazırkı rəhbəri Ednaldo Rodrigesin vəzifəsindən kənarlaşdırmaq üçün seçki prosesini sürətləndirməyə çalışır.

Qeyd olunur ki, Braziliya Futbol Konfederasiyası artıq yanvarda təşkilatın prezident seçkisini keçirmək niyyətindədir. 

Mənbə: Fifa.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir