Dünya

İsrail ordusu Cəbaliyada 100-dən çox HƏMAS silahlısını öldürdüyünü bildirib

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında Cəbaliya qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı radikal Fələstinin HƏMAS hərəkatının 100-dən çox silahlısını məhv edib.

Bu barədə İsrail silahlı qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner məlumat verib.

“HƏMAS-ın Cəbaliya düşərgəsindəki yeraltı infrastrukturu İsrail ordusunun əməliyyatı zamanı aşkarlanıb və məhv edilib”, – deyə o bildirib.

“Əməliyyat zamanı şiddətli döyüşlər olub və 100-dən çox terrorçu məhv edilib. Bundan başqa, yüzlərlə silah aşkar edilib və ələ keçirilib”, – deyə Lerner söyləyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir