Cəmiyyət

Şəmkirdə dülgər sexi yanıb

Sharing is caring!


Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Vaqif Musayevə məxsus, ümumi sahəsi 70 kv. metr olan dülgər sexində anidən yanğın olub. Yanğın zamanı dülgər sexinin yanar konstruksiyaları və içərisində olan alətlər yanıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir