Cəmiyyət

Bakıda qonşular arasında dava düşüb, bıçaqlanan var

Sharing is caring!

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Süleyman oğlu binanın həyətində avtomobilini park edərkən qonşusu ilə aralarında mübahisə yaşanıb.

Qonşusu ondan avtomobili park etməməyi tələb edib. Sonda E.Məmmədov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir