İdman

“Barselona” Levandovskini yola salmaq istəyir

Sharing is caring!


“Barselona”nın nümayəndələri Səudiyyə Ərəbistanından olan vasitəçi ilə əlaqə saxlayıb.

Məlumata görə, katalon klubu hücumçusu Robert Levandovskinin gələn yay ərəb komandalardan birinə mümkün transferini müzakirə edir.

Bildirilir ki, polşalı hücumçunun cari mövsümdə nümayiş etdirdiyi futbol səviyyəsi “Barsa” rəhbərliyi və məşqçilər korpusunun xoşuna gəlmir.

Qeyd olunur ki, qanuna əsasən Səudiyyə Ərəbistanı klublarına bütün transferlər ölkədə bu məsələ üzrə səlahiyyətli şəxsin iştirakı ilə razılaşdırılmalıdır.

Xatırladaq ki, bu mövsüm 35 yaşlı futbolçu bütün turnirlərdə 21 matçda iştirak edib, 9 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir