Dünya

İsrail hərbçiləri sahildə mövqe tutdular: Qəzzada görünməmiş bombardman baş verdi – VİDEO

Sharing is caring!


İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyat zamanı anklavın sahillərinə çatıb və orada qərarlaşıblar.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son həftə ərzində quru əməliyyatlarının genişləndirilməsi çərçivəsində İsrail Müdafiə Qüvvələrinin 36-cı diviziyası zolağın şimal hissəsində fəaliyyət göstərib və Qəzza sahili boyunca mövqelərə çatıb”, – deyə məlumatda bildirilir.

Qəzzada həmçinin görünməmiş bombardman baş verdiyi bildirilir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus yüzdən çox təyyarə artilleriya və donanmanın dəstəyi ilə bir saatdan artıqdır ki, sektora zərbələr endirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir