İdman

Bundesliqa: “Bayer”dən darmadağın, “Bavariya”dan səfər qələbəsi – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasında növbəti turun oyunları baş tutub.

Turnir cədvəlinin vahid lideri olan Leverkuzen “Bayer”i öz meydanında darmadağına imza atıb. “Bohum”a şans verməyən komanda meydançadan 4:0 hesablı mütləq üstünlüklə ayrılıb.

“Bavariya” isə üç xalı səfərdə əldə edib. Münhenlilər “Volfsburq”a qalib gəliblər – 1:2.

Beləliklə də, hazırda 16 oyuna 42 xal toplamış “Bayer” çempionata başçılıq edir. Bir oyun az keçirən “Bavariya” isə 38 xalla liderin ən yaxın izləyicisidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir