İdman

Azərbaycan futzal millisi Niderlanda məğlub olub

Sharing is caring!


Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.

Oxu.Az xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.

Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland seçməsi 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.

Yığmamız isə hesabındakı dörd xalla sonuncu yeri tutub.

Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir