İdman

“Qarabağ” “Neftçi”yə qalib gəlib – FOTO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” mərkəzi arenada üz-üzə gəliblər. Birinci hissədə qapılara qol vurulmayıb. Hesabı 71-ci dəqiqədə ağdamlılar açıblar. Yassin Benzia yaxın məsafədən topu qapıdan keçirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub. Nəticədə 2:0 hesablı qələbə qazanan və xallarının sayını 38-ə çatdıran Qurban Qurbanovun kollektivi liderliyini möhkəmlədib. Adrian Mutunun çalışdırdığı bakılılar isə 25 xalla beşinci pillədə qalıblar.

Beləliklə, “Neftçi”nin “Qarabağ” önündə Premyer Liqada qələbə həsrəti 10 oyuna çatıb. “Ağ-qaralar” axırıncı dəfə 2 il 7 ay əvvəl – 2021-ci ilin mayında əzəli rəqibinə qalib gəlib.

“Qarabağ”– “Neftçi” – 2:0

Qollar: Yassin Benzia, 71 (1:0), Hamidu Keyta, 90+2 (2:0)

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu

 

 

Qeyd edək ki, turun Premyer Liqada XVIII turun oyunları dekabrın 22-24-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir