İdman

Bakıda dama üzrə beynəlxalq yarış keçirilir

Sharing is caring!


Bu gün Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş 100 xanalı dama üzrə beynəlxalq turnirə start verilib.

Sportline.az xəbər verir ki, İsveç sistemi üzrə doqquz turdan ibarət yarışda 30 damaçı bacarığını göstərir.

Azərbaycan, Rusiya, Belarus və Gürcüstan idmançılarının mübarizə apardığı turnirdə dünyanın bir sıra güclü damçıları, beynəlxalq ustaları və beynalxalq qrosmeysterləri iştirak edir.

Yarışın əsas favoriti isə hazırkı dünya çempionu Andrey Valiukdur.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Damaçılar İttifaqının birgə təşkil etdiyi beynəlxalq turnirə dekabrın 17-də yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir