İdman

Azərbaycan millisinin futbolçusu 2023-cü ilin ən yaxşısı adına namizəd olub

Sharing is caring!


“Beach Soccer Worldwide” 2023-cü ilin ən yaxşı oyunçularını və məşqçilərini seçir. Təşkilat bu məqsədlə 100 ən yaxşı kişi futbolçu, 50 ən yaxşı qadın oyunçu və 40 ən yaxşı məşqçinin yekun siyahısını açıqlayıb. Siyahıda çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvü Sabir Allahquliyevin də adı var.

Bu barədə Dünya Çimərlik Futbolu Təşkilatının saytında verilən məlumatdan aydın olub.

Bildirilib ki, səsvermə “Ən yaxşı məşqçi”, “Ən yaxşı qadın qapıçı”, “Ən Yaxşı Qadın Oyunçu”, “Kişilər arasında ən yaxşı qapıçı”, “Ən yaxşı beş kişi oyunçu”, “Ən Yaxşı Kişi Oyunçu” kateqoriyaları üzrə olacaq.

“Səslər yanvarın 11-dək bütün futbol assosiasiyalarının məşqçiləri və kapitanları, həmçinin aşağıdakı yarışlardan ən azı birində iştirak etmiş çimərlik futbolu klublarının məşqçiləri və kapitanları tərəfindən təqdim ediləcək: Alqero Dünya Kuboku Qalibləri 2023, Amerika Kubokunun Qalibləri 2023 və ya Avropa Qaliblər Kuboku 2023. Əgər federasiyada çimərlik futbolu üzrə qadınlardan ibarət aktiv komanda yoxdursa, kişilərdən ibarət komandanın kapitanı və məşqçisi ən yaxşı qadın oyunçuya və ən yaxşı qadın qapıçıya səs verəcəklər”, – deyə məlumatda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir