Dünya

Qisas əməliyyatı: PKK-nın enerji infrastrukturu da daxil olmaqla, 29 hədəf məhv edildi – FOTO/VİDEO

Sharing is caring!


23 dekabr 2023-cü il tarixində axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib.

Həyata keçirilən əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında 12 Türkiyə hərbçisi şəhid olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir