İdman

Kevin de Brüyne Premyer Liqanın beşincisi oldu

Sharing is caring!

“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne İngiltərə Premyer Liqasındakı nailiyyətini yaxşılaşdırıb.

Belə ki, 31 yaşlı yarımmüdafiəçi buna Premyer Liqada assistlərin sayını 95-ə yüksəldib.

Hazırda o, çempionatın ən çox məhsuldar ötürmə etmiş futbolçuları arasında 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Premyer Liqada assist rekordu “Mançester Yunayted”in keçmiş oyunçusu Rayan Giqqzə məxsusdur. O, 162 dəfə komanda yoldaşlarına qol vurmaq üçün şərait yaradıb. Sonrakı yerləri isə Sesk Fabreqas (111), Ueyn Runi (103) və Frenk Lempard (102) tutur.

Mənbə: De Marke Sports

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir