İdman

Çempionlar Liqası: “Mançester Yunayted”lə “Qalatasaray” məğlub oldu – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turuna start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olub. Türkiyə təmsilçisi həlledici oyunda minimal hesabla məğlub olaraq qitənin ali klub turniri ilə yollarını ayırıb. “CimBom” mübarizəyə Avropa Liqasında davam edəcək. “Mançester Yunayted”in isə ümumiyyətlə avroturnirlərlə vidalaşıb.

Çempionlar Liqası, qrup mərhələsi

A qrupu

00:00. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) – 1:0
Qol: Leraqer, 58
Qırmızı vərəqə: Leraqer, 90 (“Kopenhagen”)

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) – 0:1
Qol: Kuman, 71

Xallar: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” – 4.

B qrupu

21:45. “Lans” (Fransa) – “Sevilya” (İspaniya) – 2:1
Qollar: Frankovski, 63-pen. (1:0), Ramos, 79-pen. (1:1), Fulqini,90+6 (2:1)

21:45. PSV (Niderland) – “Arsenal” (İngiltərə) – 1:1
Qollar: Nketia, 42 (0:1), Vertessen, 50 (1:1)

Xallar: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8,”Sevilya” – 2

C qrupu

00:00. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) – 2:0
Qollar: Saatcı, 9-avtoqol, Osimnhen, 33

00:00. “Union” (Almaniya) – “Real” (İspaniya) – 2:3
Qollar: Volland, 45+1 (1:0), Joselu, 61 (1:1), 72 (1:2), Kral, 85 (2:2),Sebalyos, 89 (2:3)

Xallar: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” – 2

D qrupu

00:00. “Zalsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) – 1:3
Qollar: Di Marya, 32 (0:1), Silva, 45+1 (0:2), Suçiç, 57 (1:2), Kabral, 90+3 (1:3)

00:00. “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya) – 0:0

Xallar: “Real Sosyedad” – 12, “İnter” – 12, “Benfika” – 4, “Zalsburq” – 4

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir