Dünya

Cennifer Eniston: “Metyu Perri xoşbəxt və sağlam idi”

Sharing is caring!


Məşhur “Friends” serialında canlandırdığı Çandler obrazı ilə yaddaşlara həkk olunan Metyu Perrinin qəfil ölümündən sonra aktrisa Cennifer Eniston onun haqqında danışıb.

“O, xoşbəxt və sağlam idi. Siqareti atmışdı və forma alırdı. Xoşbəxt idi. Mənim bildiyim budur”, – deyə Eniston söyləyib.

Onun sözlərinə görə, dostu həyatının son illərində özü və sağlamlığı üzərində çox çalışıb, uğur qazanıb.

“O, həqiqətən də çox çətin anlar yaşadı. Mən onun üçün çox darıxmışam. Biz hamımız darıxırıq. Ümid edirəm ki, onu nə qədər sevdiyimizi bilər”, – deyə o əlavə edib.

Mənbə: REN TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir