İdman

Türkiyə Super Liqasında qalmaqal: Futbol klubunun prezidenti hakimi döydü – FOTO

Sharing is caring!


Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ankaragücü” – “Çaykur Rizəspor” matçından sonra böyük qalmaqal yaşanıb.

“Ankaragücü” oyunun əsas vaxtında 1-0 öndə olsa da, 90+7-ci dəqiqədə rəqibin qol vurmasının qarşısını ala bilməyib və matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Oyun zamanı hakim “Ankaragücü”nün futbolçusu Ali Sounun qolunu saymayıb. İkinci hissədə isə onu meydandan qovub.

Qarşılaşmanın final fitindən sonra “Ankaragücü”nün prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Meleri yumruqlayıb. Hücumdan sonra hakimin sol gözü göyərib. Kocanın yanında olan iki nəfər isə Meler yerdə ikən onun başına və kürəyinə təpiklər vurublar.

Hakim matçdan sonra xəstəxanaya aparılıb. Türkiyə Futbol Federasiyasının İdarə Heyəti insidentlə bağlı növbədənkənar iclas keçirməyə qərar verib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir