Dünya

Ukrayna İranla diplomatik münasibətləri kəsə bilər

Sharing is caring!


Ukrayna Prezidentinin saytında Kiyevlə Tehran arasında diplomatik münasibətlərin kəsilməsinin zəruriliyi ilə bağlı petisiya qeydə alınıb.

“Etiraf etmək lazımdır ki, bu ölkə uzun müddətdir Ukraynaya düşmən münasibət bəsləyir. Bu, Ukrayna Prezidentinin Xarici İşlər Nazirliyinə və Nazirlər Kabinetinə Ukrayna və İran arasında diplomatik münasibətlərin dayandırılmasının məqsədəuyğunluğu üzrə təkliflər hazırlaması ilə bağlı göstəriş verməsi üçün kifayət qədər arqumentlər təqdim edir. Ukrayna Prezidentindən xahiş edirəm, bu təşəbbüsü dəstəkləsin və öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görsün”, – deyə müraciətin mətnində deyilir.

Bildirilib ki, İran Rusiyanı silahlarla, Ukraynada döyüş əməliyyatlarında istifadə edilən pilotsuz uçuş aparatları ilə təmin edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətə cavab verməsi üçün cümə axşamı qeydə alınan petisiya 25 min səs toplamalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir