İdman

Markos Alonso “Barselona”dan ayrılmaq qərarına gəlib

Sharing is caring!


“Barselona”nın müdafiəçisi Markos Alonso klub ilə müqaviləsi başa çatan kimi (2024-cü ilin yayında) Kataloniya klubunu tərk etmək niyyətindədir.

Məlumata görə, ispaniyalı futbolçu Xavinin komandasında ona verilən oyun müddətindən narazıdır. 

Xatırladaq ki, bu mövsüm ispaniyalı bütün turnirlərdə yeddi matçda iştirak edib və heç nə ilə yadda qalmayıb. Ümumilikdə Alonso meydanda 299 dəqiqə keçirib. Futbolçu hazırda belindəki zədəni sağaldır. Müdafiəçi 2022-ci ildə “Çelsi”dən “Barselona”ya keçib.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir