İdman

Azərbaycanın paralimpiya çempionu Qran-pridə gümüş medal qazanıb

Sharing is caring!


Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə etimadı doğruldub.

Oxu.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında mübarizə aparıb.

Hacıyeva finala qədər irəliləməyi bacarıb. O, həlledici raundda qazaxıstanlı Nautbek Akmarala uduzub və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Şəhanə Hacıyeva 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir