Siyasət

Azərbaycan və Çin arasında energetika sahəsində əməkdaşlığa dair memorandum təsdiqləndi

Sharing is caring!


Azərbaycan və Çin arasında energetika sahəsində əməkdaşlığa dair anlaşma memorandumu təsdiq edilib.

President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev dekabrın 4-də müvafiq fərman imzalayıb.

Fərmanla 2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilir.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir