Dünya

Mütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? – FOTO

Sharing is caring!


Türkiyədə Mərmərə dənizində 5,1 və 4,5 bal gücündə ard-arda baş verən iki zəlzələ qorxu və təşvişə səbəb olub. 

Belə ki, 5,1 bal gücündə ilk zəlzələ İstanbul və ətraf vilayətlərdə hiss olunub. Bundan dərhal sonra 4,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Bir-birinin ardınca gələn zəlzələlər gözlənilən böyük Mərmərə zəlzələsi ilə bağlı xəbərləri gündəmə gətirib.

Bununla bağlı türkiyəli mütəxəssis, geoloq Okan Tüysüz NTV-nin canlı yayımında qiymətləndirmələr aparıb.  

O, bundan sonra yenə də təkanların, afterşokların ola biləcəyi barədə xəbərdarlıq edib.

“Qırılma xətlərindən biri Düzce, Adapazarı, Gölcükdən keçərək bizim üzərində böyük zəlzələni gözlədiyimiz Mərmərə dənizindəki Saros körfəzinə qədər uzanır. Bu, təxminən hər 250-300 ildən zəlzələ əmələ gətirən qırılma xəttidir.

Bu xəttin üzərində İstanbulda illərdir haqqında danışdığımız zəlzələnin olmasını proqnozlaşdırırıq. İkinci xətt isə Pamukova İznik gölünün cənubundan keçərək Gemlik körfəzinə daxil olur, dənizin içi ilə davam edir və Bandırmadan Edremit körfəzinə qədər uzanır.

Ancaq bu xəttin üzərində zəlzələlər çox uzun fasilələrlə baş verir. Bu xəttin axırıncı dəfə nə vaxt qırıldığı mübahisəlidir. Bu səbəbdən Gemlik körfəzinə çatanda bir neçə qola ayrılır.

Buna görə də hansı xəttin qırıldığı, bu zəlzələni hansı qolun yaratdığı ilə bağlı hələlik kifayət qədər məlumatımız yoxdur.

Bunu başa düşdükdən sonra daha yaxşı şərh etmək şansımız olacaq. 5,2 bal gücündə zəlzələ isə 4,5 bala qədər afterşoklar yarada bilər”, – deyə Okan Tüysüz qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir