İdman

“Qəbələ” son çempiona qarşı: Altı illik həsrət sona çatacaqmı? – STATİSTİKA

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasının XV turunda üz-üzə gələcək “Qarabağ” və “Qəbələ” komandaları çempionatda 60-cı dəfə qarşılaşacaqlar.

“Report”un məlumatına görə, əvvəlki 59 oyunun 34-də Ağdam klubu, 10-da “qırmızı-qaralar” qələbə qazanıb, 15 görüşdə isə heç-heçə qeydə alınıb.

Topların nisbətində də son çempion “Qarabağ”ın aşkar üstünlüyü var – 95:45.

“Qəbələ” Premyer Liqada “Qarabağ” qarşı keçirdiyi əvvəlki 21 görüşdə qələbə qazana bilməyib. “Qarabağ”ın sonuncu məğlubiyyəti 2017/2018 mövsümünə təsadüf edib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2017-ci il oktyabrın 22-də səfərdə ukraynalı Roman Qriqorçukun çalışdırdığı kollektivə yenilib – 0:1.

Çempionatdakı son 7 matçda “Qəbələ”yə qol vurmağı bacaran ağdamlıların bu rəqibə evdə sonuncu məğlubiyyəti isə 2014/2015 mövsümündə qeydə alınıb. Ölkə çempionu 2015-ci il fevralın 28-də elə Qriqorçukun komandasına uduzub – 0:1.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir