Siyasət

Beynəlxalq təşkilat: “Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım yetərli deyil”

Sharing is caring!


“Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım yetərli deyil”.

“Report”un xəbərinə görə, bunu “LİNKS Europe” təşkilatının direktoru Dennis Sammut dekabrın 4-də Bakıda keçirilən “Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mina qurbanları heç vaxt unudulmamalıdırlar:

“Çünki humanitar problemdir və hər kəs sözügedən məsələ ilə bağlı beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıdır. Biz çalışmalıyıq ki, hər bir ölkə məsələyə regional yanaşsın və birgə işləsinlər. İstərdik ki, Cənubi Qafqaz ölkələri Ottava Konvensiyasına qoşulmaq barədə düşünsünlər. Bu sənəd minalardan istifadəni və istehsalı qadağan edir. Biz minasız Cənubi Qafqaz üçün addımlar atmalıyıq. Səbəb də odur ki, Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım, görülən işlər problemin çərçivəsinə adekvat deyil. Gələn il donor təşkilatları Azərbaycana dəvət edəcəyik və problemlə əlaqədar mümkün qədər daha böyük işlərin görülməsinə çağırışlar edəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir