İdman

İtaliya Kuboku: “Yuventus” yarımfinala darmadağınla çıxdı – VİDEO

Sharing is caring!


İtaliya Kubokunun 1/4 finalında “Yuventus” və “Frozinone” qarşılaşıb.

Turin şəhərindəki “Alyans-Yuventus” stadionunda keçirilən matçda ev sahibləri qonaqları darmadağın ediblər – 4:0.

Oyunda Milik het-trik edib (11 pen., 38,48), Yıldız fərqlənib.

Bu nəticə “qoca sinyora”nı turnirin yarımfinalına çıxarıb.

Xatırladaq ki, İtaliya Kubokunun öncəki 1/8 final mərhələsində “Yuventus” “Salernitana”nı 6:1 hesabı ilə məğlub edib.

Yarımfinalda “Yuve” “Latsio” ilə qarşılaşacaq. Hər iki oyun apreldə baş tutacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir