İdman

“Qarabağ” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb

Sharing is caring!


Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri Iticket.az saytında satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün Iticket.az saytında onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Qarşılaşmaya sabah saat 19:30-da start veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir