Dünya

Fransa qoşunların Nigerdən çıxarılmasını ilin sonunadək başa çatdıracaq

Sharing is caring!


Fransa hərbi kontingentinin Nigerdən çıxarılmasını 31 dekabr 2023-cü ilə qədər başa çatdırmaq niyyətindədir.

Bunu mətbuat konfransında Saheldəki qüvvələrin komandanı general Erik Ozann deyib.

“Fransa prezidenti Emmanuel Makronun qoşunların dekabrın 31-dək çıxarılması ilə bağlı qarşıya qoyduğu tapşırıq yerinə yetiriləcək”, – deyə o, bəyan edib.

Mətbuat konfransında iştirak edən Niger Quru Qoşunlarının Baş Qərargah rəisi, polkovnik Mamane Sani Kiau 282 fransız hərbçinin artıq Afrika ölkəsini tərk etdiyinə aydınlıq gətirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir