Kriminal

Bakıda avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanıldı

Sharing is caring!


Bakı şəhərinin Nərimanov rayonu ərazisində MAZ markalı avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir