İdman

Messi Tanrının qismətindən danışdı

Sharing is caring!


2022-ci il dünya çempionu olan Lionel Messi uğurunun ilahi yazı olduğunu söyləyib.

“Mən bunu illər əvvəl demişdim: Dünya çempionu olacağıma əmin idim. Bu, 2014-cü il dünya çempionatının finalındakı məğlubiyyətdən əvvəl də belə idi. Sonra da belə oldu. Bilirdim ki, Tanrı dünya çempionu olmağımı istəyir, bunu mənə verəcək. Mən həmişə buna inanmışam. Yol boyu çoxlu böyük maneələr var idi, mənim üçün həqiqətən çətin idi, amma axırda bu oldu”, – Messi Disney Star+ ESPN-ə müsahibəsində deyib.

O, qeyd edib ki, onun nailiyyətlərində mərhum Dieqo Maradonanın da mənəvi dəstəyi olub.

“Dünya Kuboku boyunca Dieqo (Maradona – red.) həmişə yanımızda olub. Argentina millisində oynayanda həmişə belə olur. Azarkeşlərimiz bir çox mahnıda Dieqonun adını çəkirlər. Biz hər yerdə argentinalıları görürdük, özümüzü evdəki kimi hiss edirdik”, – ulduz futbolçu vurğulayıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir