İdman

Çempionlar Liqası: “Latsio” və “Şaxtyor” qələbə qazandı – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.

Oxu.Az-ın məlumatına görə, ilk gündə E, F, G və H qruplarında keçirilməli olan səkkiz matçdan ikisi artıq başa çatıb.

E qrupunda “Latsio” – “Seltik”i qəbul edib. Meydan sahibləri qonaqların qapısından iki cavabsız top keçiriblər – 2:0.

H qrupunda isə autsayder “Antverpen” Donetsk “Şaxtyor”unun qonağı olub. Matç gözlənildiyi kimi ev sahiblərinin üstünlüyü ilə nəticələnib – 1:0.

Qeyd edək ki, bir qədər sonra daha altı oyuna start veriləcək. Turun qalan görüşləri isə ertəsi gün oynanılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir