İdman

“Qarabağ” – “Zirə” oyununda sürpriz hesab qeydə alınıb

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün I turunun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir, son çempion “Qarabağ” öz meydanında “Zirə” ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 48-ci dəqiqədə Dmitrios Çantakias vurub.

Bu, “Zirə”nin tarixi ərzində “Qarabağ” üzərində ilk qələbəsi olub.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” isə rəqib meydanında “Səbail”i 4:1 hesabı ilə məğlub edib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir