İdman

“Qarabağ”ın qrupdakı son oyununun biletləri satışda

Sharing is caring!


Avropa Liqasının qrup mərhələsində dekabrın 14-ü keçiriləcək “Qarabağ” – “Hakken” oyununun (saat 21:45) biletləri Iticket.az saytında satışa çıxarılıb.

Klubdan verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, “VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (Iticket.az-da onlayn satış);

“Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir