Dünya manset

“İlin sonunadək vaxtınız var” – Danışıqlar dayandırıldı

Sharing is caring!

“ABŞ qənaətbəxş addımlar atmadıqca, bu yorucu danışıqları davam etdirməyəcəyik”.

XəbərAl.az xəbər verir ki, bu barədə Şimali Koreyanın yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, ötən dövr ərzində Şimali Koreya ilə aparılan danışıqlarda ABŞ tərəfinin mövqeyində heç bir dəyişiklik baş verməyib:

“Tramp administrasiyası Şimali Koreya ilə hazırlıqsız qatıldığı müzakirələri daxili siyasətdə şəxsi maraqları üçün istifadə edir”.

Şimali Koreyanın ABŞ-la danışıqlarda baş müzakirəçisi Kim Minq rəsmi Vaşinqtonun Pxenyanla razılaşmağa hazır olmadığını və buna dair bir planının olmadığını bildirb:

“ABŞ-ın danışıqlar masasına heç nə qoymaması bizi məyus etdi. Müzakirələr gözləntilərimizi doğrultmadı. İndi isə müzakirələrin davam edib-etməyəcəyinin məsuliyyəti ABŞ-dadır”.

Kim Minq rəsmi Pxenyanın Vaşinqtona ilin sonuna qədər vaxt verdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir