İdman

“Şamaxı”nın sabiq baş məşqçisi: “Halallaşaraq istefa verdim”

Sharing is caring!


“Ayrılmaq istədiyimi dedim, müzakirələr oldu, halallaşaraq istefa verdim”.

Bunu “Report”a açıqlamasında “Şamaxı”nın sabiq baş məşqçisi Vüqar Əsgərli klubdan ayrılması ilə bağlı danışarkən deyib.

39 yaşlı mütəxəssis I Liqa təmsilçisinin rəhbərliyi ilə münasibətlərinin qaydasında olduğunu bildirib:

“Rəhbərliklə aramızda hansısa soyuqluqdan söhbət gedə bilməz. Münasibətimiz həmişə yaxşı olub. İndi də heç bir inciklik yoxdur”.

V.Əsgərli mövsümə uğurlu başlanğıc etmələrinə baxmayaraq, bunun davamını gətirə bilmədiklərini etiraf edib:

“Düzdür, mövsümə yaxşı başladıq. Lakin sonra gözləmədiyimiz nəticələr oldu. Uduzduğumuz görüşlərə baxanda görürük ki, oyun baxımından açıq-aşkar üstün olmuşuq. Bəzən bəxtimiz gətirmədi, bəzən isə alınmadı”.

O, yay fasiləsində komandada qaldığı üçün peşman olmadığını söyləyib:

“Məncə, yayda qalmağım düzgün qərar idi. Üstəlik, klubla müqaviləm var idi. Həmin vaxt qaldığım üçün indi də peşman deyiləm. Mənim üçün böyük təcrübə oldu”.

Qeyd edək ki, “Şamaxı” 9 turdan sonra 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komandanın baş məşqçi postuna Ramiz Məmmədov təyin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir