Kriminal

Qazaxda məmur qardaşı adam GÜLLƏLƏDİ

Sharing is caring!

Qazax rayonunda güllələnmə hadisəsi baş verib.
 
Xəbəral.az xəbər verir ki, Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.

Qazax rayon Birinci Şıxlı kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Yusifov həmkəndlisi 1981-ci il təvəllüdlü Ülfət Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan 2 dəfə atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ziyan dəyib. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, hadisəni törədən Elşən Yusifov Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktormüavini Rövşən Yusifovun qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir