Dünya

Azərbaycan taekvondoçuları “Balkan Cup”da iki qızıl medal qazanıblar

Sharing is caring!


Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Balkan Cup”da 2 qızıl medal qazanıblar.

Oxu.Az xəbər verir ki, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qaşım Maqomedov (63 kq) və Milad Beiqi Harçeqani (+87 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. O, bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə isə italiyalı idmançını üstələyib.

Dünya çempionu Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsinin ən güclüsü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir