Dünya

Fransız dəb evi 200 min dollar maaşla əməkdaş axtarır

Sharing is caring!

Fransız dəb evi “Balenciaga” əsas vəzifələri böhranın idarə edilməsi olacaq kommunikasiyalar üzrə vitse-prezident vəzifəsinə vakansiya elan edib.

Elanda bildirilir ki, uğurlu namizəddən “xarici və daxili böhran kommunikasiya strategiyalarının, eləcə də cavab tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsinə” rəhbərlik etmək tələb olunacaq.

Bu vəzifəyə namizədin təxmini əmək haqqı 150.000 dollardan 200.000 dollara qədərdir.

“Bu, “Balenciaga” korporativ komandasına qoşulmaq üçün maraqlı fürsətdir”, – elanda deyilir.

Şirkət həmçinin namizədləri “öyrənmək və inkişaf etmək üçün yaxşı imkanlar təmin edən komandanın bir hissəsi olmağa” dəvət edir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir