İdman

“Barselona”dan sonra “Real Madrid” də şok yaşadı: Rodriqo zədələndi – FOTO

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun cinah oyunçusu Rodriqo Argentina millisi ilə oyunda (0:1) dizindən zədələnib.

Bildirilir ki, 22 yaşlı futbolçu komanda yoldaşları ilə məşqə çıxmayıb, idman zalında qalıb.

Rodriqodan testlər götürülüb, bu gün də müayinələr davam edəcək, lakin klub əmindir ki, bunda ciddi heç nə yoxdur və fizioterapiya müalicəsinin köməyi ilə hər şey həll olunacaq.

Eyni zamanda, braziliyalının İspaniya çempionatında “Kadis”lə (26 noyabr) və Çempionlar Liqasında “Napoli” ilə (29 noyabr) matçda iştirakı sual altındadır.

Bu mövsüm Rodriqo 17 oyun keçirib, beş qol vurub və dörd məhsuldar ötürmə edib.

13 turdan sonra “Real” La Liqada 32 xalla ikinci pillədə qərarlaşıb. Çempionata “Jirona” başçılıq edir (34 xal).

Xatırladaq ki, “Real Madrid”in əzəli rəqibi “Barselona”nın da ulduz oyunçusu və İspaniya millisinin yarımmüdafiəçisi Qavi də zədələnib. O, zədə səbəbindən 6-8 ay yaşıl meydanlardan kənarda qalma riski ilə üzləşib. Məlumata görə, Qavi 2024-cü ildə keçiriləcək Avropa çempionatını və Olimpiadanı buraxa bilər.

Mənbə: Championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir