Cəmiyyət

“Emin 444”ə görə dünya çempionunu öldürən şəxsə hökm oxundu – FOTO

Sharing is caring!

“Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədilə idmançı Zaur Yusifovu qətlə yetirən E.Səfərovun xalası oğlu Samir Şirəliyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıb. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Habil isə 18 il müddətə azadlıqdan məhrum edilib. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.

Bu il martın 14-də isə “Emin 444”ün xalası oğlu Samir Şirəliyev onun qisasını almaq qərarına gəlib. Samir Binəqədi rayonunda yerləşən “Qardaşlar” marketdə 1984-cü il təvəllüdlü Zaur Yusifovu odlu silahdan atəş açaraq qəsdən öldürüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir