İdman

AVRO-2024: Seçmə mərhələdə az xal yığan komandalar müəyyənləşib, Azərbaycan millisi 41-ci olub

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində ən az xal yığan komandalar bəlli olub.

Kipr, Cəbəllüttariq, Malta, San Marino və Lixtenşteyn yer aldıqları qrupları xalsız başa vurublar.

Estoniya bir, Farer adaları və Andorra hərəyə iki xal qazanıblar. Latviya üç, Bolqarıstan dörd, Litva və İrlandiya isə tsikli altı xalla yekunlaşdırıblar.

F qrupunda yeddi xal toplayan Azərbaycan millisi ən az xal əldə edən 13-cü yığmadır. De Byazinin baş məşqçisi olduğu kollektiv xalların sayına görə 41-ci pillədə qərarlaşıb.

Ən çox xalı isə Portuqaliya hesabına yazdırıb. Ulduz futbolçu Kriştianu Ronaldunun kapitanı olduğu yığma 10 matçın hamısında qələbə qazanmaqla maksimum nəticə əldə edib.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində 53 ölkə mübarizə aparıb. Rusiya Ukrayna ilə müharibə səbəbindən turnirdə yer almayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir