Dünya

Nobel Sülh Mükafatının qalibi xəstəxanaya yenidən hicabsız gedib – FOTO

Sharing is caring!


Nobel Sülh Mükafatının qalibi və qadın hüquqları müdafiəçisi Nərgiz Məhəmmədi Tehrandakı Evin zindanından hicabsız, yəni pencək və ətəkdə xəstəxanaya gedib və angioqrafiya müayinəsindən keçə bilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Ailəsinin sözlərinə görə, Nərgiz Məhəmmədi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin əməkdaşlarının nəzarəti altında xəstəxanaya aparıldıqdan sonra həbsxanaya geri qaytarılıb.

Qeyd edək ki, xanım məhbus noyabrın 10-da da xəstəxanaya təhlükəsizlik qüvvələrinin müşayiəti ilə hicabsız getmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir