İdman

Türkiyənin milli futbol komandasının təyyarəsi Almaniyaya təcili eniş etdi

Sharing is caring!


Avropa Çempionatının seçmə mərhələsində son oyununu lider kimi başa vuran Türkiyə milli futbol komandasının olduğu təyyarə Almaniyanın Münxen şəhərinə təcili eniş edib.

Buna baş məşqçi Vinçenzo Montellanın qardaşının sağlamlığında yaranan problem səbəb olub.

Bu barədə Türkiyə Futbol Federasiyasından (TFF) açıqlama verilib.

Bildirilib ki, milli futbol komandasının heyətini Kardiff şəhərindən İstanbula daşıyan təyyarənin sərnişinləri arasında Montellanın böyük qardaşı Emanuele Montella da olub və o, özünü pis hiss edib.

“Bu səbəbdən tədbir olaraq Münxen hava limanına eniş edilib”, – deyə açıqlamada qeyd olunub.

TFF-nin milli komandalar üzrə məsul şəxsi Hamit Altıntop və Vinçenzo Montellanın Emanuele Montellanı müşayiət etmək üçün A milli komandasının həkimi ilə birlikdə təyyarəni tərk etdiyi deyilib.

Daha sonra təyyarə yenidən Türkiyəyə doğru yola çıxıb.

Mənbə: Haber 7

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir