İdman

UEFA Çempionlar Liqasının formatını dəyişdi

Sharing is caring!

UEFA Çempionlar Liqasının formatını dəyişib.

“XəbərAl.az” xəbər verir ki, müvafiq qərar qurumun bu gün videokonfrans formatında keçirilən iclasında qəbul edilib.  “Deutsche Welle” nəşrinin yazdığına görə, 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-ya yüksəldiləcək.

Həmin vaxta qədər isə yarış indiki formatda davam edəcək. 36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.

Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir