Cəmiyyət

Lənkəranda avtomobil motosikletçini vuraraq öldürüb – FOTO

Sharing is caring!


Lənkəranda avtomobil motosikletçini vuraraq öldürüb.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Hirkan qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, Lənkəran şəhər sakininin idarə etdiyi KIA markalı avtomobil rayonun Mamusta kənd sakini – 1992-ci il təvəllüdlü Cümşüd Faiq oğlu Faiqzadənin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü ağır xəsarətlər alıb. Avtomobilin sürücüsü hadisə barədə aidiyyəti üzrə xəbər verib.

Əraziyə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasının köməyi ilə yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, yolda ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir