İdman

Elbrus Rzayev: “Boksçularımız ümidləri doğrultdular”

Sharing is caring!


“Avropa çempionatına komanda olaraq çox ciddi hazırlaşmışdıq. Boksçularımız ümidləri doğrultdular”.

“Report” xəbər verir ki, bu sözləri gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev 22 yaşadək boksçular arasında Avropa çempionatında qazanılan uğurlar barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Nicat Hüseynovun final döyüşü çox gərgin keçib:

“Amma biz onun qələbə qazanacağına əmin idik. Çünki boksçularımız da çox əziyyət çəkmişdilər, hər birinin çıxışından razı qaldım. Tural Sarıyevin rusiyalı boksçu ilə görüşündə də bəzi haqsızlıqlar yaşandı. Əks təqdirdə, o da qızıl medalın sahibi olacaqdı. Ümid edirəm ki, gələcəkdə nailiyyətlərimizin sayı daha da artar”.

Qeyd edək ki, Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 22 yaşadək boksçular arasında medal sayında yeni rekord vuran Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.

Yığma komanda Avropa çempionatında beş medal qazanmaqla tarixi ilki reallaşdırıb. Komandanın heyətində Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir